Amerikalı milyarder, “Amazon” və “Blue Origin” şirkətlərinin qurucusu Ceff Bezos ABŞ-ın keçmiş prezidenti Barak Obamanın fonduna 100 milyon dollar bağışlayıb.
Banker.az xəbər verir ki, bu pul dünyanın müxtəlif ölkələrində liderlik təlimi proqramına xərclənəcək. Qeyd edək ki, 100 milyon dollar Bezosun sərvətinin cəmi 0.1%-ni təşkil edir.
“Bu, bu günə qədər alınan ən böyük fərdi töhfədir”, – deyə mesajda bildirilir.
İanə müqabilində Bezos 1960-cı illərdə vətəndaş hüquqları mübarizəsi ilə məşhur olan məhrum konqresmen Con Lyuisin Çikaqoda tikilməkdə olan Obama Prezident Mərkəzindəki əraziyə ad verilməsini istəyib.
Bezos daha əvvəl də xeyriyyəçiliyə böyük məbləğdə ianə edib. 2021-ci ilin iyul ayında o, Smitson İnstitutuna 200 milyon dollar bağışlayıb. BU vəsaitlə Vaşinqtonda Milli Hava və Kosmos Muzeyinin yenidən qurulması planlaşdırılır.
Bundan əlavə, Bezos “The Bezos Earth Fund” Rokfeller ailəsi və IKEA-nın birgə təşəbbüsü üçün 500 milyon dollar ayırmağı düşünür. Onların xeyriyyəçilik fəaliyyəti bərpa olunan enerjinin inkişafına həsr olunub.