19 C
Baku
Tuesday, April 16, 2024

“Amazon”un xalis mənfəəti 39 dəfə artıb

2016-cı ilin birinci rübündə ABŞ-ın “Amazon” şirkətinin xalis mənfəəti 1,37 mlrd. dollar təşkil edib.

“Reuters”in xəbərinə görə, bu, ötən ilin müvafiq dövründən 39 dəfə çoxdur.

Hesabat dövründə şirkətin gəliri 29,6% artaraq 59,53 mlrd. dollara çatıb.

İkinci rübün də göstəriciləri ürəkaçan olub. “Amazon”un xalis mənfəəti 857 mln. dollar (+9,3 dəfə), gəliri 30,404 mlrd. dollar (+31,1%) təşkil edib.

Şirkətin rəhbəri Ceff Bezos deyib ki, hesabat dövründə Hindistan bazarında çətinlikləri olub. Şirkətin ən uğurlu layihəsi isə bulud xidmətləri olub. Onlardan gələn gəlir 58,2% artaraq 2,89 mlrd. dollar təşkil edib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər