2023-cü il ərzində Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası”nın hədəflərinə uyğun olaraq davam etdirləcək.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmal göstəricilərinə istinadla bildirilir.
Tədbirlərin icrasına bunları daxil edir:
- Rəqəmsal ödənişlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi və innovativ həllərin təqdim edilməsi;
- Rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi;
- Ödəniş ekosisteminin risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması;
- Rəqəmsal ödənişlər üzrə inklüzivliyin artırılması və məsafəli bank xidmətlərinə universal çıxışın təmin edilməsi;
- Maliyyə savadlığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi.
Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, cari hesablardan aparılan müştəri köçürmələrində elektron bankçılığın xüsusi çəkisi üzrə indikator göstəricisinin 2023-cü il üçün 85%-ə, təmassız ödənişləri dəstəkləyən kartların ümumi bazar payının 75%-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 48%-ə çatdırılması hədəflənmişdir.
Qeyd edək ki, 2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 11.4% bəndi yüksələrək 43.2%-ə bərabər olmuşdur.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olmuşdur.