-1 C
Baku
Sunday, December 15, 2024

AMB: Azərbaycanda dedollarizasiyaya meyillik artır

Son dövrlər pul siyasətinin yumşaldılması ilə bağlı ardıcıl qərarlar monetar şəraitin normallaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Mərkəzi Bank tərəfindən monetar şəraitin formalaşdırılması inflyasiya hədəfi və məcmu buraxılış kəsri arasında optimal balansın saxlanılmasına xidmət edir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin toplantısına dair açıqlamasında deyilir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində manatla pul bazasında əhəmiyyətli dəyişiklik baş verməmiş, dövlət büdcəsinin profisitindən asılı olaraq formalaşan hökumət hesabları qalığı pul bazasının dinamikasını müəyyən edən başlıca amil olmuşdur.

Real faiz dərəcəsinin pozitiv zonada olması və əmanətlərin tam sığortalanması müddətinin uzadılması şəraitində milli valyutada yığımlar cəlbedici olaraq qalır və dollarlaşmada azalma meyli davam edir.

Mərkəzi Bankın cari ildə faiz dəhlizinin parametrlərinə dair növbəti qərarları inflyasiyanın faktiki və proqnoz səviyyəsi, ona təsir edən risklər balansının qiymətləndirilməsi əsasında veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər