9 C
Baku
Friday, December 13, 2024

AMB bankları rəqəmsal transformasiyaya investisiyaları artırmağa çağırıb

Azərbaycanda kartlarla həyata keçirilən təmassız ödənişlərin sayı və həcmi on ayda müvafiq olaraq 3,9 dəfə və 6,3 dəfə artıb.

Bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma yönümlü tədbirlər nəticəsində bu ilin on ayında kartlarla aparılan ödənişlərin həcmi illik 74% artaraq 8,6 mlrd. manata çatıb.

A. Quliyev onu da qeyd edib ki, banklar rəqəmsal transformasiyaya uyğunlaşmalıdır və bu sektora investisiyaları artırmalıdır. AMB rəsmisi əlavə edib ki, nağdsız ödənişlərin ümumi kartlara ödənişlərin həcmində payı 30%-ə çatır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər