22 C
Baku
Saturday, June 29, 2024

AMB: Daha 2 şirkət Azərbaycanda investisiya şirkəti fəaliyyətilə maraqlanır

“Mən Mərkəzi Bankın sədri təyin olunandan bugünədək Azərbaycanda investisiya şirkəti fəaliyyəti üzrə iki şirkət ilə görüş və müzakirlər olub”.

Banker.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onu sözlərinə görə, görüşlər zamanı bazarın vəziyyəti, şirkətlərin ümumi strateji planları müzakirə edilib.

“Lakin lisenziyanın alınması üçün müraciət olmayıb”,- Kazımov əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 13 hüquqi şəxsin investisiya şirkəti fəaliyyəti üçün lisenziyası var.

Son xəbərlər
Digər xəbərlər