12 C
Baku
Friday, March 29, 2024

AMB: FED-in qərarı dolayısı ilə bizə təsir edə bilər

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək. APA xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.

“Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər