14 C
Baku
Saturday, April 27, 2024

AMB: İlin əvvəlindən dövriyyədə olan kredit kartlarının sayı 32% artıb

Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı ilin əvvəlindən 200 min və ya 32% artaraq 2018-ci il avqustun 1-nə 823 minə çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatında bildirilib.

Hesabata əsasən aylıq müqayisədə cəmi 3,0%, illik müqayisədə isə 45,2% artım qeydə alınıb. 2018-ci il avqsutun 1-nə əsasən ölkədə 6 174 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 521 min və ya 40,8%-ni sosial, 1 908 min və ya 30,9%-ni əmək haqqı kartları əhatə edib.

Qeyd edək ki, 2010-cu ildən etibarən kredit kartlarının sayında ən yüksək göstərici 1 302 min olmaqla 2014-cü ildə qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər