11 C
Baku
Monday, November 25, 2024

AMB ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır.

Bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

“Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər