Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir.
Banker.az Mərkəzi Banka (AMB) yə istinadən xəbər verir ki, fiskal stimulların artdığı və istehlak kreditləşməsində aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir.
Ortamüddətli dövrə risk amilləri əsasən xarici sektordan gələ bilər. Qlobal ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi qlobal iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişkənlik diapazonu genişlənmişdir.
Bu qərar 13 sentyabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il oktyabr ayının 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcəkdir.