-1 C
Baku
Saturday, December 14, 2024

AMB: “Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur”

Azərbaycanda maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına, onlardan istifadəsinə dair hansısa qadağa yoxdur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, AMB bu istiqamətdə yeni strategiya hazırlayıb: “Maliyyə sektorunda kibertəhlükəsizliyin aktual olduğunu nəzərə alaraq bu sahədə tənzimləyici strategiya hazırlanıb, rəylərin alınması məqsədi ilə sorğular göndərilib. Əsas məqsəd AMB-də və ölkədəki maliyyə institutlarında informasiya və kibertəhlükəsizliyi gücləndirməkdir. İkinci məqsəd maliyyə sektorunda mümkün kiberinsidentlərə və fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin yüksəldilməsidir. Həmçinin bu fonda maraqlı tərəflərlə münasibətlərin formalaşması və prosesin effektivliyinin artırılması məqsədlərimizdəndir. Strategiya 2023-2026-cı illəri əhatə edəcək. Onun əsas vizyonu artan kibertəhlükələr fonunda ölkənin maliyyə sektorunda kiberdayanıqlılığın gücləndirilməsidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər