Maliyyə Bazarlarına Nəzarət Palatası: “03 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100256S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən notların tədavül müddəti 27 gündür.”