27 C
Baku
Thursday, July 18, 2024

AMB-nin Baş direktorundan Rəqəmsal manatın tətbiqi ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal manatın tətbiqinə tələsmir.

Bunu açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.

“Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq, amma onun tətbiqinə tələsmirik”, – deyə Baş direktor qeyd edib.

Onun sözlərinə görə, təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə qərar verilə bilər: “Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”.

Son xəbərlər
Digər xəbərlər