10 C
Baku
Friday, December 13, 2024

AMB-nin depozit hərracında rekord təlabat

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 27 mart 2017-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Bu barədə Banker.az-a AMB-dən bildirilir.

Məlumata görə, AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,71% təşkil etmişdir. Bu da tələbin təklifi 36,3% üstələməsi deməkdir.

Depozit hərracında ən böyük göstərici 13 mart tarixində göstərilmişdi. Həmin hərracda AMB 289 mln. manat cəlb etmişdı.

Xatırladaq ki, bu dəfəki hərraca ötən hərraclardan fərqli olaraq vəsait cəlbini 200 mln. manatdan 300 mln. manata qaldırılmışdı.

Son xəbərlər
Digər xəbərlər