2 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2204024700 dövlət qeydiyyat nömrəli 100 milyon manat həcmində 7 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az (investisya) xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmayıb.
AMB-nin tələbi budur ki, hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bakı Fond Birjasında analoji hadisə bir həftə öncə Maliyyə Nazirliyi tarixindən buraxılan dövlət istiqrazlarında da baş vermişdi. Amma burada hərracın gəlirlilik dərəcələri emitenti qane etmədiyi üçün baş tutmayıb.
Sonuncu dəfə 8 sentyabr 2023-cü il tarixində keçirlən hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,982.6275 (8.95%) manat və 9,984.4686 (8 %) manat olan 6 sifariş təqdim edilmişdir. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,982.9181(8.8%) manat və orta ölçülmüş qiyməti isə 9,983.8222 (8.33%) manat olaraq müəyyən edilmişdir.
XATIRLATMA
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 31 yanvardan uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.