09 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100256S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dan məlumat daxil olub.
Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 9,371,300.00 AZN təşkil etmişdir ki buda tələbin təklifdən 81% az olması deməkdir.