8 C
Baku
Friday, December 13, 2024

AMB-nin not təklifinə banklardan 2 dəfə çox tələb

13 mart 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, bu barədə BFB məlumat yayır. 

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 22 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 340,637,800.00 AZN təşkil etmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti isə 99.4388 AZN (7.26%) müəyyən edilmişdir.

Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200, 000, 000. 00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 10.04.2019

Son xəbərlər
Digər xəbərlər