18 C
Baku
Sunday, September 8, 2024

AMB-nin notlarına 150 mln. manatlıq təklif gəldi

29 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (ARMB) 50302696S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 97.4976 AZN (5.5%) və 98.6284 AZN (2.98%) olan 11 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150,548,500.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6284 AZN (2.98%), orta ölçülmüş qiyməti isə 98.6284 AZN (2.98%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 14.10.2022-ci ildir

Son xəbərlər
Digər xəbərlər