22 C
Baku
Friday, April 19, 2024

AMB-nin sədri iri dövlət şirkətləri büdcəyə yox, fond bazarına üz tutmağa çağırdı

“Azərbaycanın iri özəl müəssisələri ilə əlaqədəyik, onlar özlərinin qiymətli kağızlarını buraxmaq istəyirlər”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

“Həmçinin düşünürük ki, Azərbaycan İnvestisiya Holdinqinin həyata keçirdiyi islahatlar hesabına iri dövlət şirkətlərində aparılan sağlamlaşdırma tədbirləri, korporativ idarəetmə standartlarının tətbiqi imkan verəcək ki, həmin müəssisələr də kapital bazarına çıxsınlar, pul tələblərini ödəmək üçün dövlət büdcəsinə yox, fond bazarına üz tutsun” – o qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər