9 C
Baku
Friday, December 13, 2024

AMB ölkədə resessiya tempinin səngidiyini deyir

Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma (resesiya) tempi nisbətən səngiyib.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının bu gün faiz dəhlizinin parametirlərinə dair verdiyi açıqlamada qeyd edilir.

Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olmuşdur. Qeyd edək ki, AzStatKom-un son açıqlamasına görə, ölkə iqtisadiyyatındakı resessiya 3% (45.96 mlrd. manat) təşkil edir.

Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunmuşdur.

İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcəkdir.

Son xəbərlər
Digər xəbərlər