AMB rəsmisi deyir ki, insanlar lazım olduğu qədər borclanmalıdır

Azərbaycanda insanlar lazım olduğu və yaxud ödəyə biləcəkləri qədər borclanmalıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

“Biz demirik borclanma azalsın, elə bir hədəfimiz yoxdur. Borclanma olmalıdır, sadəcə sağlam təməl üzərində, limitli baş verməlidir. AMB-nin bütün alətləri, maliyyə-kapital proqramları hamısı ona köklənib ki, insanlar ödəyə bildikləri qədər borclansınlar. Biz hələ ki, kreditləşmə hesabına gözlənilməz bir halla qarşılaşmamışıq. Azərbaycanda borclanma qonşu ölkələrlə müqayisədə çox aşağıdır, yəni əhalinin izafi borclandığını deyə bilmərik”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər