“Bu gün Azərbaycanın maliyyə sektorunun 95%-i bank sektorundan ibarətdir. Odur ki, maliyyə sahəsində ciddi dəyişiklik etmək üçün ilk növbədə banklarda müəyyən işlər görmək lazımdır”.
Bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Biz banklarda yaxşı risk menecmenti yaratmaq üçün uzun illərdir ki, çalışırıq. Mən hər dəfə bank rəhbərləri ilə görüşdə həmin məsələ barədə azı 40 dəqiqə danışıram. Amma bəzən iri bankların rəhbərləri sonradan mənə deyir ki, təəssüf ki, biz sizə yaxşı qulaq asa bilməmişik.
Əsas risklərdən biri də kreditlərlə bağlı riskləridir. Əvvəllər bir ifadə var idi – “tələbat”. Hər şey bu ifadədə birləşirdi. Amma bank münecmenti ilə müzakirələr aparılmalıdır. Yəni girovla bağlı və yaxud kreditlərin qaytarılması ilə bağlı məsələlər ayrıca tələbat yaradır”, – deyə baş bankir qeyd edib.
Report