19 C
Baku
Thursday, April 25, 2024

AMB sədri Elman Rüstəmov sənədə imza atdı

Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simonе Haberlini qəbul etmişdir.

Bu barədə Banker.az-a AMB-dən məlumat verilib.

Mərkəzi Bankın SECO ilə “Mərkəzi banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması” əməkdaşlıq proqramının 2019-2022-ci illəri əhatə edəcək ikinci fazası (BCC II) çərçivəsində göstəriləcək texniki yardım məsələləri müzakirə olunub. Proqram çərçivəsində icraçı agentlik olan “Geneva Graduate İnstitute” tərəfindən pul siyasətinin təhlili və implementasiyası, makroiqtisadi statistika və proqnozlaşdırma və digər istiqamətlərdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Görüşün sonunda AMB və SECO arasında BCC II Proqramının ikinci fazasının implementasiyası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər