3 C
Baku
Monday, February 10, 2025

AMB sədri: Mərkəzi Bank pul siyasəti mexanizmini möhkəmləndirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı təxminən 3,8 dəfə, qeyri-neft sektoru 3,7 dəfə artıb.

“Mərkəzi Bank olaraq bizim əsas rolumuz makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin təmin edilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi olacaq. 2025-ci ildə Mərkəzi Bank pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində tədbir həyata keçirəcək”, – deyə AMB sədri vurğulayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər