Azərbaycan Mərkəzi Bankı 2016-cı ilin yekunları üzrə tədiyyə balansının kəsirini $5 mlrd. səviyyəsində proqnozlaşdırır. Bu barədə AMB-dən məlumat verilib.
2015-ci ildə tədiyyə balansının kəsiri $11,3 mlrd. təşkil edib.
“2016-cı ildə qeyri-əlverişli beynəlxalq şərait qalmaqdadır. Bu səbəbdən, cari il tədiyyə balansı kəsirlə icra olunacaq, 2015-ci ildə olduğu kimi, $5 mlrd. təşkil edəcək”, – deyə bankdan qeyd ediblər.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində tədiyyə balansının kəsiri $1,2 mlrd. təşkil edib.
AMB-nii qiymətləndirməsinə görə, tədiyyə balansına ən çox kapital və maliyyə hesabatının hərəkətitəsir edəcək. “2016-cı ilin 9 ayı ərzində tədiyyə balansının kəsirinin 2/3 hissəsi məhz kapital və maliyyə hesabatının hərəkətinin mənfi saldosunun payına düşüb”, – deyə AMB-dən vurğulayıblar.
Bankdan qeyd ediblər ki, 2017-ci ildə AMB tədiyyə balansının kəsirini azaltmq, həmçinin kapital və maliyyə hesabatının hərəkətinin mənfi amillərinin neytrallşadırmaq məqsədilə kompleks tədbirlər həyata keçirəcək. “Həmin tədbirlər tədiyyə balansını balanslaşdrmağa imlan yaradacaq”, – deyə bankda hesab edirlər.