5 C
Baku
Wednesday, January 15, 2025

AMB valyuta bazarına növbəti rübdə satışyönlü intervensiyanı istisna etmir – Səbəb?

  • COP29 və digər dövlət xərclərinin icrasına dəstək kimi

2024-cü ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair press-relizində bildirilir.

İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satışyönlü müdaxiləsi istisna olunmur.

Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır.

Gözlənilən satışyönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alışyönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir.

Son xəbərlər
Digər xəbərlər