Azərbaycanda ciddi su problemi yaşanır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.
O bildirib ki, bu problem getdikcə daha qlobal hal alır.
İradə Hüseynova eyni zamanda qeyd edib ki, 2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir:
“Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada “Qırmızı Kitab”lar mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-yə çatıb. Hazırda “Qırmızı Kitab”ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan 226 heyvan növünün sayı 241-ə çatıb”.