4 C
Baku
Thursday, January 15, 2026

AMEA-nın birinci vitse-prezidentləri seçildi

İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.

Banker.az xəbər verir ki, onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.

Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.

Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib.

Son xəbərlər
Digər xəbərlər