23 C
Baku
Friday, April 26, 2024

Amerika bankı kart olmadan da bankomatdan pul çıxarmağa imkan yaradacaq

Amerikanın nəhəng banklarından biri olan JPMorgan Chase bankomatdan tək plastik kartla deyil, həmçinin mobil telefonun köməkliyi ilə də pul çıxarmaq imkanını yaratmaq üçün öz bankomatlarını müasirləşdirir.

Xidmət artıq bu ildən əlçatan olacaq. Yeni xidmət plastik kart olmadan da bankomatdan pul çıxarmağa imkan verəcək. Bu zaman müştəridən tələb edilən yeganə şey mobil tətbiqetmə ilə uyğunlaşdırılmış şifrəni daxil etməkdir. Gələcəkdə JPMorgan Chase bankomatları NFC texnologiyası ilə zənginləşdiriləcək ki, bu da telefonun bankomata sadəcə yaxınlaşıdırılması ilə nağdlaşdırma həyata keçirmək mümkün olacaq.

Bundan əlavə, nağdlaşdırmaq üçün təyin edilmiş limit 3 min ABŞ dollarına qədər yüksəldiləcək. Lakin bunu yalnızca bank bölmələrində yerləşən bankomatlarda və yalnızca iş saatları ərzində həyata keçirmək mümkün olacaq. Məşhur bankın yenilənmiş bankomatları həmçinin çek nağdlaşdıra, ipoteka və kredit kartı üzrə ödənişləri qəbul edə biləcək.

Bank öz bankomatlarını müasirləşdirməklə kassirlər tərəfindən icra edilən əməliyyatların sayını azaltmaq niyyətindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər