7 C
Baku
Sunday, December 15, 2024

Amerikalı 368 milyard dollarlıq çeki nağdlaşdırmaq istədi

Amerikanın KİV-nin verdiyi məlumata görə, amerikalı Jeff Waters Bank of America-nın bölmələrindən birinə gələrək 368 milyard dollarlıq çeki nağdlaşdırmaq istəmişdir. Lakin onun bu cəhdi sonda həbsxanaya düşməsi ilə nəticələnmişdir.

Belə məlum olur ki, çek 90-cı illərdə Aydaho ştatının dövlət bankı tərəfindən buraxılıb. Waters-ə isə həmin çeki 100 dollar qarşılığında evsiz bir şəxs satmış və bildirmişdir ki, bu çeki istənilən məbləğdə nağdlaşdırmaq mümkündür. Waters həmin məbləğlə şəxsi italyan mətbəxinə məxsus restoran açmaq niyyətində idi.

O etiraf edərək demişdir: “Mən həmişə dünyadakı ən yaxşı italyan restoranına sahib olmağı arzulamışam. Eyni anda 30 milyon şəxsə qulluq etməyin mümkün olduğu 80 milyon kvadrat fut əraziyə sahib restoran açmaq niyyətində idim. Bu restoran böyük ehtimalla suyun altında olacaqdı və insanlar qida qəbul edərkən köpək balıqlarına baxa biləcəkdi. Lakin bank mənə pullarımı vermədi. Mənə demişdilər ki, mən onun üzərində hansı məbləği qeyd etsəm, o məbləği mənə verəcəklər.

Son xəbərlər
Digər xəbərlər