İngiltərənin “Everton” klubunun sahibi Fərhad Moşiri klubun amerikalı iş adamı Matsek Kaminskiyə satılması ilə bağlı ilkin danışıqlar aparıb.
Bu barədə “Financial Times” qəzeti məlumatı yayıb.
Qəzetin məlumata əsasən, müqavilənin məbləği təxminən 400 milyon funt sterlinq (təxminən 430 milyon dollar) təşkil edə bilər. F.Moşiri ilə M.Kaminski arasında danışıqlar son günlərdə irəliləyib.
Müqavilə İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənməlidir.