Amerikalı müğənni və aktrisa Rihanna atasını qızı ilə bağlı olan “Fenty” markasının adından milyonlarla dollar əldə etmək məqsədilə kommersiya məqsədilə istifadə etdiyinə görə məhkəməyə verib.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri yazıb.
Tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirib ki, atası Ronald Fenti qızının adını mənfəət üçün istifadə etmək məqsədi ilə “Fenty Entertainment” adlı istedad axtarışı şirkəti yaradıb. “Fenty Beauty” və “Savage x Fenty” markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etdiyini, lakin qarşı tərəfin onun istəklərini nəzərə almadığını söyləyib.
Nəşrin məlumatına görə, iddiada qeyd olunur ki, bu yaxınlaradək “Fenty Entertainment” investisiya cəlb etmək üçün müğənni ilə əlaqələrinin olduğunu bəyan edib. Ronald Fenti həmçinin otellər şəbəkəsi üçün “Fenty” əmtəə nişanını qeydiyyata almağa çalışıb, halbuki həmin zaman Rihannanın şirkəti artıq bu işlə məşğul olurmuş. Bundan əlavə o, 15 milyon dollar müqabilində müğənninin iştirakı ilə Latın Amerikasında konsert turuna dair “SBS Entertainment” şirkəti ilə razılıq əldə etməyə cəhd göstərib.