11 C
Baku
Wednesday, December 11, 2024

Amerikanın “Goldman Sachs” bankı “Capital Sachs” investisiya şirkətini alır

Amerikanın “Goldman Sachs” bankı, investisiyaların idarə olunması sahəsində fəaliyyət göstərən “United Capital Financial Partners” şirkətini 750 milyon dollara satın almaq üzrə razılığa gəlib.

Banker.az xəbər verir ki, bu, “Goldman Sachs” ın son illər ərzində ən böyük müqaviləsi olacaq. Müqavilənin 2019-cu ilin üçüncü rübündə başa çatması gözlənilir.

“United Capital” şirkətinin idarə etdiyi səhmlər 25 milyard dollar dəyərində qiymətləndirilir. Şirkətdə 220 maliyyə məsləhətçi çalışır, onlar ABŞ-ın 22 mindən çox müştərisinə xidmət göstərirlər.

“Goldman Sachs” dəyəri təxminən 500 milyard dollar olan aktivləri idarə edir, şirkətin müştərilərinə ABŞ-ın ən iri şirkətləri daxildir.

Son xəbərlər
Digər xəbərlər