23 C
Baku
Thursday, April 25, 2024

“Amrah Bank” 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatını açıqladı

“Amrah Bank” ın cəmi aktivləri bu il aprelin 1-nə 202,12 mln manat təşkil edib.

Banker.az bu barədə Bankın 1-ci rübünə olan maliyyə hesabatına istinad edir.

Ötən ilin müvafiq dövründə  isə “Amrah Bank”ın cəmi aktivləri 198,33 mln manat olub ki, bu da 2019-cu ilin 1-ci rübündə cəmi aktivlərin 2 % artması deməkdir.

Amrah Bank”ın aktivlərinin 107,46 mln manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Belə ki, ötən illə müqayisədə bu il  Bankın kredit portfeli 20% böyüyüb.

Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına  336 min manat ayrılıb. Nəticədə isə  Bank ilk rübü 1,695 mln manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,5% azdır.

 “Amrah Bank”ın cəmi öhdəlikləri 14,3% artaraq 184,29 mln manat olub. Bankın depozit portfeli 2018-ci ilin 1-ci rübüylə müqayisədə bu il 16,2 % artaraq 165,29 mln manat təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər