“Amrah Sığorta” şirkəti səhmdarlarının oktyabrın 16-da qəbul etdiyi qərara uyğun olaraq fəaliyyətini könüllü dayandırır. Bununla əlaqədar “Amrah Sığorta”da Ləğvetmə Komissiyası yaradılıb.
Banker.az xəbər verir ki, “Amrah Sığorta”da Ləğvetmə Komissiyasına Rövşən Mustafayev Rasim oğlu sədr təyin edilib.
Bildirək ki, Rövşən Mustafayev “Günay Sığorta” ASC-nin Daxili Audit Xidmətinin rəhbəri kimi çalışıb.
Xatırladaq ki, Amrah Sığorta Açıq Səhmdar Cəmiyyəti Ləğv olunduğunu elan edib. “Amrah Sığorta” 1993-cü ildə “Dəniz Biznes” adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə (“Amrah Bank”ın 53,16%-lik səhmdarı, 15%-i isə Əmrah İldırımzadəyə (“Amrah Bank”ın 0,33%-lik səhmdarı) məxsusdur.