“Amrahbank” baş ofisinin ətrafında aparılan söküntü işlərinə münasibət bildirib.
“Amrahbank”ın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri bankın fəaliyyətinə təsir etməyəcək.
“Dövlətin şəhərimizin gözəlləşdirilməsi və abadlaşdırılması üçün həyata keçirdiyi tədbirləri bankımız daima dəstəkləyir. Bu yöndə daimi şəkildə biz də bir bank olaraq öz xidmətlərimizi yaxşılaşdıracağıq. Bank öz fasiləsiz fəaliyyətini, o cümlədən müştərilərinə davamlı və çox yüksək keyfiyyətli xidməti göstərməyə davam edəcək. Bunu üçün bank lazım olarsa, yeni bir binaya köçəcək”, – deyə N. Cəfərli qeyd edib.
APA