Bu günlərdə Banker.azın redaksiyasına AmrahBankın Gəncə filialının işçisi tərəfindən şikayət daxil olmuşdur.
Banker.az öz növbəsində məsələni araşdırmışdır.
Məlum olmuşdurki, AmrahBankın Gəncə filialında Yanvar 2014 tarixindən qrup rəhbəri çalışan Qasimov Sahib filial rəhbərliyi tərəfindən qeyri peşəkar davaranışa tuş gəlib.
Şikayətçinin sözlərinə görə, filiala yeni təyin olunan müdir, ona gün verib, işıq vermir. Filial müdiri filialda olan digər işçilərlədə kobud formada rəftar edir, onların bəzilərinə işdən çıxma barədə ərizələrin alıb onları hədə qorxu ilə işləməyə məcbur edir.
Şikayətçi Sahib Qasımovun bildirdiyinə görə, o dəfələrlə AmrahBankın rəhbərliyinə filial müdirinin əməllərindən şikayət etmişdir. Şikayət edilənlər arasında İdarə heyətinin sədri, Mikrokreditlər departamentinin rəhbəri və hətta Müşahidə şurasının rəhəbəridə vardır. Lakin qeyd olunan şəxslər daha çox filial müdirinin tərəfini saxlayıblar.
Hazırda məsələnin qəlizləşdiyini görən bank rəhbərliyi Sahib Qasımovun müqaviləsinə xitab vermək qərarınıda artıq çıxarıb. Onun müqaviləsinə 1 yanvar tarixindən xitab veriləcək.
Sahib Qasımovun bildirdiyinə görə, onun əmək haqqısı may ayından etibarən 2 qat endirilmişdir, əlavə olaraq demək olarki işi dondurulmuşdur.
Şikayətçi Banker.az onuda bildiribki , məsələnin həll olunmasında yardım üçün o ölkə prezidentinə və daxili orqanlarada öz şikayətini yollamışdır.
Məsələnin həlli istiqamətində Banker.az körpü yolunu oynamağa hazırdır. Ümid edirik, bu problemə AmrahBank rəhbərliyi biganə qalan deyildir.