-3 C
Baku
Sunday, December 15, 2024

“Amrahbank”ın sabiq filial direktorunun barəsində daha bir cinayət işi başlanılıb

“Amrahbank” ASC-nin “Lənkəran” filialının sabiq direktoru barəsində daha bir cinayət işi başlanılıb.

2002-2012-ci illər arasında “Amrahbank” ASC-nin “Lənkəran” filialının direktoru vəzifəsində işləmiş Fikrət Xəlilli külli miqdarda dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

F. Xəlilli barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Qeyd edək ki, F. Xəlilli bundan əvvəl də məhkumluq yaşayıb. Belə ki, filialının direktoru vəzifəsində işləyərkən bankın əmanətçisi – şəhər sakini R.Həsənovanın depozit hesablarından 500 min manat məbləğində pul çıxarıb. O, həmin pulları filialın xəzinəsindən nağd olaraq götürüb, özünün şəxsi ehtiyaclarına sərf edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlifəli 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 9 ilə endirib.

Son xəbərlər
Digər xəbərlər