11 C
Baku
Wednesday, December 11, 2024

Analıq məzuniyyətinin müddəti – Azərbaycan və Gürcüstan

Əmək Məcəlləsi Azərbaycan Sosial məzuniyyətlər

 Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər

  1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
  2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
  3. a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
  4. b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
  5. c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Əmək Məcəlləsi Gürcüstan

Maddə 27. Hamiləliyə,  doğuşa və uşağa qulluğa görə məzuniyyət  

  1. İşçinin tələbi ilə hamiləliyə, doğuşa və uşağa qulluğa görə 730 təqvim günü müddətinə məzuniyyət verilir.
  2. 183 təqvim günü ödənişli məzuniyyət hesab olunur. Doğuş çətin olduqda və ya əkiz uşaq doğulduqda 200 təqvim günü işçiyə məzuniyyət verilir.
  3. İkinci hissədəki, ödənişli məzuniyyət müddəti doğuşdan əvvəl də, sonrada bölüşdürülə bilinər. Bölüşdürmə işçinin istəyindən aslıdır.

Əmək Məcəlləsi Azərbaycan

Maddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Əmək Məcəlləsi Gürcüstan

Maddə 28. Uşaqları övladlığa götürməyə görə məzuniyyət

Bir yaşınadək uşağı övladlığa götürmüş işçinin tələbi ilə,  uşağın anadan olduğu gündən başlayaraq 550 təqvim günü işçiyə məzuniyyət verilir. Bunun yalnız 90 günü ödənişli əsaslarla ödənilir.

Əmək Məcəlləsi Azərbaycan

Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları

  1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
  2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Əmək Məcəlləsi Gürcüstan

Maddə 29. Hamiləliyə,  doğuşa, uşağa qulluğa və uşaqları övladlığa götürməyə görə məzuniyyət

Hamiləliyə,  doğuşa, uşağa qulluğa və uşaqları övladlığa götürməyə görə məzuniyyət büdcə hesabına ödənilir. Məbləğ 1000 larıdan çox deyil. Əlavə mükafatlanmanı işçi ilə işəgötürən razılaşa bilər.

Maddə 30. Əlavə uşağa qulluğa görə məzuniyyət

İşçinin xahişi ilə, ona birdəfəlik və ya hissə-hissə ildə 2 həftədən az olmayaraq əmək haqqı saxlnalımadan məzuniyyət verilir. Bu müddət 12 həftəyə qədər və uşağın 5 yaşı tamam olanadək davam edir.

Əlavə məzuniyyət uşağa faktiki qulluq edən istənilən şəxsə verilə bilinər.

Göründüyü kimi, müqayisədən aydın olur ki, fərqlərimiz var. Daha effektli hansıdır? Mənə elə gəlir burada işçiyə sərbəstlik verilmə baxımından, yəni azad seçim verilmə baxımdan Gürcüstan Əmək Məcəlləsindəki maddələr daha aydındır.

rauf
Rauf Qarayev

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər