16 C
Baku
Friday, April 19, 2024

Analitiklər: ABŞ valyutası üçün kritik gün yaxınlaşır

ABŞ-da inflyasiya proseslərinin sürətlənməsi qorxusu qlobal maliyyə bazarlarını bürüyüb.

Fevralın 14-də ABŞ-da yanvar ayının inflyasiya göstəricisi açıqlanacaq. Bir gün sonra isə istehsalçı qiymətləri indeksi ictimailəşəcək.

Report-un analitik qrupu bildirir ki, dekabrda ABŞ-da illik inflyasiya 2,1% təşkil edərək FED-in 2% hədəfini ötüb. Əgər yanvar göstəricisi proqnozları keçərsə, qiymətli kağızlar bazarında yeni satış dalğası başlayacaq. Proqnozlara görə, yanvar ayında illik inflyasiya dekabr göstəricisi ilə eyni olacaq.

Analitika qrupu inflyasiyanın 2,2% və daha çox olması durumunda ABŞ fond birjalarında kəskin satışın baş verəcəyini, istiqraz faiz dərəcələrinin artacağını bildirir. Xatırladaq ki, maliyyə bazarları ABŞ iqtisadi göstəricilərinə həssas olmağa başlayıb. Belə ki, fevralın 2-də ABŞ-da açıqlanan əmək haqlarının artım göstəricisi fond birjalarında 10%-ə yaxın azalmaya, ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyinin 2,85%-ə yüksəlməsinə gətirib çıxarıb.

Analitik qrup inflyasiyanın yüksək olması durumunda dolların möhkəmlənəcəyini, neft və qızılın ucuzlaşacağını proqnozlaşdırır: “Bu durumda USD/EUR məzənnəsi 1,20 səviyyəsinə, “Brent” neftinin qiyməti 60 dollar/bareldən aşağı, qızılın isə 1 300 dollar/unsiyadan aşağı düşə bilər”.

Son xəbərlər
Digər xəbərlər