10 C
Baku
Thursday, December 12, 2024

Anar Həsənov: “İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir”®

Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.

Rüb sonunda Bankın aktivləri 895.341 milyon manat təşkil edib.

Bu ilin birinci rübünün sonunda Bankın xalis kredit portfeli 532.401 milyona bərabər olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın məcmu portfeli 604.053 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin birinci rübündə kreditlərin 97.6%-i manatla verilib.  

2020-ci ilin birinci rübü ərzində “AccessBank” 124.716 milyon manat məbləğində kredit verib və bu, ötən ilin birinci rübü ilə müqayisədə 26,472 milyon manat çoxdur. Bankın hər ay verdiyi kreditlərin 50%-dən artıq hissəsi və bütün mikro kreditlərin 35%-i kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.   

Mart ayının sonuna Bankın əmanət portfeli 588.351 milyon manat təşkil edib. 

2020-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 15.261 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur.  

2020-ci ilin birinci rübündə Bankın xalis mənfəəti 2.475 milyon manat olub.

Hazırda Bankın məcmu kapitalı 79.411 milyon manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29.411 milyon manat çoxdur. 

Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 50.98% təşkil edib, bu isə normadan (30%) təxminən 1.7 dəfə artıqdır.

Mikrokreditləşmə bazarının lideri olan “AccessBank”ın səhmdarları ötən il ölkə bazarında ən böyük təkrar kapitallaşmanı həyata keçiriblər. Bu gün Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı   (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər xarici maliyyə institutları və investisiya fondları var.

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci rübün maliyyə nəticələrini şərh edib:“İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir. Biz başa düşürük ki, bankımızın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərimizin əminliyindən asılıdır. Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektorи deməkdir. Buna görə də “AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir. Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizi dəstəkləməkdə davam edəcəyik.”

Son xəbərlər
Digər xəbərlər