6 C
Baku
Sunday, December 15, 2024

Andrjey Duda: “Baş vermiş hadisənin Polşaya bilərəkdən hücum olmasına dair heç bir sübut yoxdur”

Heç kim Ukraynanı Polşa ərazisini bilərəkdən bombaladığı iddiası ilə çıxış etmir.

Bu sözləri Polşanın dövlət başçısı Andrjey Duda bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfinin baş vermiş hadisənin araşdırılmasında iştirakına heç nə maneə olmur.

A.Duda bildirib ki, iki nəfərin ölümünə səbəb olan hadisənin Polşaya bilərəkdən hücum olmasına dair heç bir sübut yoxdur və bu, çox ehtimal ki, bir qəza kimi dəyərləndirilməlidir: “Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən atılmasına dair heç bir sübut yoxdur, yüksək ehtimalla bu raketlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinə məxsus olmuşdur”.

Polşa Milli Təhlükəsizlik Şurasının rəhbəri Yatsek Şevera isə mətbuat açıqlamasında bildirib ki, hadisənin tədqiqatı Polşa prokurorluq orqanları tərəfindən aparılır. İlkin ehtimallar və hadisə yerində əldə edilmiş dəlil-sübutlar raket qalıqlarının Ukraynanın S-300 hava hücumundan müdafiə sisteminə aid olduğu qənaətinə gəlməyə əsas verir. Polşa rəsmisi bildirib ki, Ukrayna tərəfinin araşdırmalarda iştirak istəyi başadüşüləndir və Polşa prezidenti ukraynalı müşahidəçilərin bu prosesdə iştirakı üçün heç bir maneə görmür.

Y.Şevera Polşa istiqamətində hərəkət edən raketlərlə bağlı heç bir həyəcan siqnalının verilməməsi və hava hücumundan müdafiə sisteminin işə düşməməsi barədə suala da aydınlıq gətirib. O bildirib ki, Polşa ərazisinə düşən raketlər müdafiə xarakterli, yəni hücum raketlərini zərərsizləşdirməyə xidmət edən raketlərdir. Hücum xarakteri daşımadıqlarına görə, bu raketlər radarlarda görünsə də, hesab edilir ki, onlar öz təyinatları üzrə, yəni hücum raketlərini zərərsizləşdirmək üçün buraxılmış raketlərdir. Hal-hazırda raketin yanlış trayektoriya ilə hərəkət etməsi onun funksiyalarının pozulmasına və ya parametrlərin yanlış verilməsindən qaynaqlandığına araşdırmalar nəticəsində aydınlıq gətiriləcəkdir.

Y.Şevera həmçinin bildirib ki, Polşanın işlək hava hücumundan müdafiə sistemi mövcuddur və hazırda bu sistemin intensiv şəkildə modernləşdirilməsi prosesi aparılır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər