18 C
Baku
Tuesday, April 23, 2024

Android 11-də Bildirişlər üçün bəzi yeniliklər olacaq

Google şirkəti hal-hazırda Android 11 üzərində işləyir və bu günlərdə Developer Preview 4 versiyasını tərtibatçılara təqdim etdi. DP 4 versiyasında bəzi yeni funksiyalar kəşf olundu. Bunlar Android 11-in yeni bildirişlərlə bağlı funksiyalarıdır. Bunlardan ilki bildiriş panelində göstərilən bildirişə basılı tutaraq bəzi yeni funksiyaları istifadə etməyə imkan verən yenilikdir.

Android 11 ilə bildirişlərin üzərinə basılı tutaraq 3 yeni funksiyanı işə salmaq mümkün olacaq!

android 11 foto

Şəkildən göründüyü kimi bildirişin üzərinə basılı tutaraq səssizə almaq, bildirişləri gecikdirmək və favorit olaraq seçmək mümkündür. Bildirişin kənarında görünən çarxa daxil olduğumuzda isə tətbiqin bildiriş ayarlarını açmaq olur. Həmçinin Facebook Messenger-də olan Bubbles (Baloncuqlar) şəklində bildirişlərin göstərilməsi Android 11-in əsas yeniliklərindən biri olacaq. Yəni artıq smartfona bildiriş gələndə baloncuq şəklində göstərilə biləcək. Qeyd edək ki, Android 11 Avqust və ya Sentyabr aylarında tam stabil şəkildə istifadəyə veriləcək.

android 11 foto1

MənbəTechnote
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər