-1 C
Baku
Sunday, December 15, 2024

“Anglo Asian Mining” Azərbaycandakı şirkəti $3.7 mln. borc cəlb edib

Böyük Britaniyanın Azərbaycanda qızıl, mis və gümüş hasil edən “Anglo Asian Mining plc” şirkəti törəməsi şirkəti “Azerbaijan International Mining Company Limited” 3.7 mln. dollarlıq kredit əldə edib.

Banker.az xəbər verir ki, şirkət bunu  “Caterpillar Financial Services Corporation” ilə bağlanan müqavilə müqabilində əldə edib.

Bu maliyyə dəstəyinin yaxınlarda alınmış yeni Gilar mədəninin avadanlıqlarının xərcinin bir hissəsini ödəməyə yönəldilir.

Təminatlı kredit müqaviləsinə əsasən illik 2% ilə əldə edilib.

Şirkətin Baş icraçı direktoru Reza Vaziri bildirib ki, bu, “AIMC üçün mühüm bir nailiyyətdir” və keçən il “Caterpillar” avadanlıqlarının çatdırılması ilə əldə etdiyimiz mühüm bir mərhələdən sonra əlaqələrimizi daha da gücləndirir”.

 

Son xəbərlər
Digər xəbərlər