9 C
Baku
Friday, December 13, 2024

“Anglo Asian Mining” yerli banklara borcunu açıqlayıb

Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan “Anglo Asian Mining” şirkəti banklara olan borcunun həcmini açıqlayıb.

Bu ilin sentyabrın 30-na şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 37,7 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin dekabrın 31-i ilə müqayisədə, 11,3 mln. dollar azdır.

Ümumilikdə, şirkətin “Amsterdam Trade Bank”a 19,7 mln. dollar, Azərbaycan Beynəlxalq Bankına 8,2 mln. dollar, “Atlas Copco”ya 1 mln. dollar, “YapiKredi Bank”a 0,9 mln. dollar, “PAŞA Bank”a 4,2 mln. dollar həcmində kredit borcu var.

Maraqlıdır ki, “Anglo Asian Mining”in şirkətin prezidenti Reza Vəziriyə 3,9 mln. dollar borcu var.

APA

Son xəbərlər
Digər xəbərlər