19 C
Baku
Friday, May 3, 2024

“Angry Birds” oyunu “Google Play”dən həmişəlik silinəcək

“Angry Birds” mobil oyunu fevralın 23-də “Google Play”dən silinəcək. Bu barədə kompüter oyunlarının tərtibatçısı “Rovio” məlumat verib.

“Biz “Angry Birds” oyununun ümumi oyun portfelimizə təsirini nəzərə alaraq, 23 fevral cümə axşamı günü proqramı “Google Play”dən silmək qərarına gəldik”, – şirkət deyir.

Bildirilir ki, “App Store”də oyunun adı “Red’s First Flight” olaraq dəyişdiriləcək. Şirkət azarkeşlərə oyuna sədaqətlərinə görə təşəkkür edib və onların “Angry Birds” kainatındakı digər oyunlara da maraq göstərəcəklərinə ümid etdiyini bildirib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Angry Birds” oyununun ilk versiyası 2009-cu ildə iPhone üçün yaradılıb. Daha sonra proqramın brauzer və Android versiyaları peyda olub. Orijinal oyunun uğurundan sonra tərtibatçılar “Angry Birds”in ondan çox genişləndirilmiş versiyasını buraxıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər