13 C
Baku
Thursday, April 18, 2024

Ani Ödənişlər Sistemi ilə əməliyyatların həcmi 100 mln. manata çatdı

Azərbaycanda Mərkəzi Bankın yaratdığı nağdsız pul transferi sistemi Ani Ödənişlər Sistemi ilə olan əməliyyatların həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk yarısında  97.16 mln. manatlıq əməliyyat aparılıb.

Bu əməliyyatların da 18 mln. manatı iyun ayının payına düşür.

Müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir.

AÖS-də hesablaşmalar milli (Azərbaycan Manatı) valyutada aparılır.

Tarix, Həcm, mln. ₼
 Yanvar         14.80
 Fevral         13.36
 Mart         15.00
 Aprel         21.00
 May         15.00
 İyun         18.00
 CƏMİ         97.16

 

Son xəbərlər
Digər xəbərlər