Türkiyənin “Pegasus Airlines” şirkəti Ankara-Bakı istiqamətində uçuşlara başlayacaq.
Banker.az “Report”-a istinadla məlumat verir ki, uçuşlara martın 15-dən etibarən başlanılması gözlənilir. Uçuşların həftədə 4 dəfə – bazarertəsi, çərşənbə axşamı, cümə axşamı, şənbə günləri həyata keçirilməsi planlaşdırılır.
Belə ki, təyyarə Ankara “Esenboğa” Hava Limanından Heydər ƏliyevBeynəlxalq Hava Limanına 23:30-da, Heydər Əliyev Beynəlxalq Havalimanından Ankara “Esenboğa” Hava Limanına 03:40-da çatacaq.
Biletlər 89,99 dollara satışa çıxarılıb.