9 C
Baku
Thursday, December 12, 2024

Annuitet sığortası nədir?

Annuitet – Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir. Ümumiyyətlə Annuitet istər periodik ödənilən məbləğin alınmasını, istərsə də onun ödənilməsini bildirir.

Misal: Şəxs həyat sığortası müqaviləsi bağlayır və həmin müqavilə üzrə sığorta hadisəsi kimi onun 70 yaşına çatması və ya bu yaşa çatanadək ölümüm göstərilir. Bu müqavilədə sığorta ödənişinin verilməsi ayda 450 manat olmaqla, aylıq annuitet formasında müəyyən edilir. Beləliklə, bu halda sığorta olunan şəxs 70 yaşını qeyd etdikdən sonra, hər ay ölənədək sığortaçıdan 450 manat alacaqdır.

Bu sığorta növü ölkəmizdə demək olar ki, inkişaf etməyib. Annuitet sığorta zamanı sığortalı (yəni sığortalanan şəxs) sığortaçıya həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər (sığorta gəlirləri) sığortalanan şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni sığortalı vəfat edənə qədər ödənilə bilər. Birdəfəlik sığorta məbləğin təqdim etmək üçün sığortalanmaq istəyən şəxs adətən toplanmış kapitaldan istifadə edir, məsələn təqaüdçü əmanətləri, həyatın yaşam sığortası və yığım həyat sığortası. Xarici təcrübədə təqaüdçülər bu sığorta növündən geniş istifadə edirlər.

Həmçinin belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında imzalan bilər, yəni işçinin əməkhaqqısında müvafiq sığorta haqları müntəzəm şəkildə tutulur və həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.

Müqavilədən, qanunvericilikdən və ölkədəki sığorta təcrübəsindən asılı olaraq, digər sığorta növlərində olduğu kimi bu sığorta növünün spesifik xüsusiyyətləri ola bilər.

sigortafff

Son xəbərlər
Digər xəbərlər