“Anthropic”, “OpenAI” və “Google” süni intellekt sahəsində standartlar hazırlamaq üçün birgə sahə təşkilatının yaradılmasını müzakirə edirlər.
Bu barədə mənbələrə istinadən “Information” xəbər verib.
“Anthropic”, “OpenAI” və “Google” süni intellekt standartları üzrə birgə qurum yaratmaq üçün danışıqlar aparır; üç şirkətin nümayəndələri iyuldan bəri işçi qrupu formatında görüşürlər”, – nəşr yazır.
Nəşrin mənbələrinin məlumatına görə, “Anthropic”, “OpenAI” və “Google” işçi qruplarının görüşləri üç şirkətin rəhbərliyinin səs-küylü ictimai bəyanatlarından və təkliflərindən kənarda real tədbirlər görməyə hazır olduğunu göstərir. Bir mənbə görüşlərdən birinin ötən həftə baş tutduğunu vurğulayıb. Məqalədə deyilir ki, “Meta”nın məsələ ilə bağlı mövqeyi hələ də qeyri-müəyyəndir.
Daha əvvəl “Anthropic”in baş direktoru Dario Amodei güclü süni intellekt modellərinin onları dayandırmaq üçün insan cəhdlərini dəf etməyə qadir olduğunu bildirib. O, şənbə günü təhlükəsizlik səbəbləri ilə süni intellektin inkişafını yavaşlatmağa çağırıb. Milyarder İlon Mask və “OpenAI”nin baş direktoru Sem Altman ideya ilə razı olduqlarını bildiriblər.







